`Allahu Əkbər` deyib polisi güllələdi - İtaliyada terror


17:59     23 Dekabr 2016 terr_vs.jpg

Milanda daha bir silahlı insident baş verib.

Femida.az BBC-yə istinadən xəbər verir ki, bayram yarmarkasında silahlı şəxs polisə atəş açıb. Bir polis əməkdaşı çiynindən yaralanıb.

Polis atəş açan şəxsi yerindəcə güllələyib. O silahdan atəş açarkən “Allahu Əkbər” deyə qışqırıb. Öldürülən şəxs əslən tunisli Anis Amridir.

Qeyd olunub ki, bu gün yerli vaxtla saat 12:45-də İtaliyanın daxili işlər naziri Marko Minniti bununla bağlı təcili mətbuat konfransı keçirəcək.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2491


Oxşar xəbərlər